​İƏT ölkələri arasında qruplaşmalar var - ELŞAD İSKƏNDƏROV

Baxış sayı:
394

İslam Əməkdaşlığı Təşkilatına (İƏT) üzv ölkələr arasında beynəlxalq və daxili siyasətdəki mövcud gərginliklərin gənclər siyasəti sahəsinə də əks etdirilməsi cəhdləri yolverilməzdir.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu İƏT Gənclər və İdman Nazirlərinin Bakıda keçirilən 4-cü konfransında İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov deyib.
Onun sözlərinə görə, hazırda İƏT üzv ölkələrinin bəzilərinin arasında xarici, bəzilərində isə ölkədaxili siyasət sahəsində bir-biri ilə rəqabət aparan qruplaşmalar mövcuddur.
“Lakin bütün ölkələrin ümumi marağında olan ortaq gənclik siyasətini bu iki amilin vasitəsinə çevirmək və bir-birinə təzyiq kimi istifadə etmək yolverilməzdi. Amma təəssüf ki, biz bu cür təzyiqləri hiss edirik”.
E.İskəndərov onu da vurğulayıb ki, bu risklərin aradan qaldırılması üçün gənclik siyasətində əməkdaşlıq İƏT Gənclər və İdman Nazirliklərinin səlahiyyətində olmalıdır.
Gənclər və İdman Nazirləri Konfransının əhəmiyyətinin artırılmasına çağıran İƏT Gənclər Forumunun sədri bu baxımdan hazırki konfransın bütün İslam ölkələri ilə bərabər dostluq və əməkdaşlıq münasibətlərini saxlayan Azərbaycanda keçirilməsini İslam həmrəyliyinin güclənidirlməsinə mühüm töhfə olacağını da vurğulayıb.