​İsveçdən şok: “Vikinqlər islama etiqad ediblər”

Vikinqlər islama etiqad ediblər.
Kult.az xəbər verir ki, bu iddia ilə bir qrup isveçli alim çıxış edib. Belə ki, mütəxəssislər arxeoloji qazıntılar zamanı vikinq qəbirlərinin birində Allahın və Məhəmməd peyğəmbərin adına naxış vurulmuş 9-10-cu əsrlərə aid ipək parça tapıblar. Alimlərin fikrincə, qəbirdə olan şəxs məhz islamı qəbul etdiyi üçün bu cür əşyaları aşkar etmək mümkün olub.
Bu, ilk belə tapıntı deyil. Belə ki, 9-cu əsrə aid olan Skandinaviya məzarlığında arxeoloqlar ərəb hərfləri ilə yazılmış gümüş üzük də tapıblar. Bu yazının "Allah üçün", "Allah" və ya "inşallah" kimi oxunması mümkün olub.