​İsveçdən Qarabağ açıqlaması: Biz anlayırıq ki...

Baxış sayı:
339

Noyabrın 29-da İsveçin xarici işlər naziri Margot Vallström xarici jurnalistlər üçün mətbuat konfransı keçirib.
Nazir Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlər barədə danışaraq bu proqramın yaradılmasının təşəbbüskarlarından birinin də İsveç olduğunu söyləyib.
Muxalifet.az bildirir ki, azərtac-ın İsveçdəki xüsusi müxbiri Rauf Əliyevin İsveçin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ probleminin həllində hansı addımlar ata biləcəyi ilə bağlı sualına cavabında nazir deyib: “Biz Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Başa düşürük ki, bu münaqişələrin həlli çətin prosesdir. Ona görə də hesab edirik ki, münaqişələr mərhələli şəkildə həll edilməlidir. Nazir İsveçin münaqişələrin həllində siyasi dialoqun tərəfdarı olduğunu bildirib.