İsveçdə müəmmalı partlayış: polis araşdırmaya başladı

Baxış sayı:
2749

İsveçin paytaxtı Stokholm şəhərində mənzillərdən birində baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub.
Muxalifet.az xəbər verir ki, yerli media ölən şəxsin kamikadze olduğunu, üzərinə bağladığı bombanı partlatdığını yazıb.
Polis hadisənin terror olub-olmaması ilə bağlı araşdırmalara başladıqlarını bildirib.
Hadisədən dərhal sonra yaxınlıqdakı evlərdə yaşayan insanlar təxliyə edilib.