​İSVEÇDƏ MƏSCİDİ YANDIRDILAR

Baxış sayı:
5146

Naməlum şəxslər İsveçin cənubundakı Hesselholm şəhərində məscidi yandırıblar.
Muxalifət.az report.az-a istinadən xəbər verir ki, bu barədə İsveç Dövlət Radiosu – "SR" məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində binaya ciddi ziyan dəyib. Yanğınsöndürənlər qısa müddətdə alovu lokallaşdırıblar. İslam Mədəniyyət Assosiasiyasının nəzdində fəaliyyət göstərən məscid 200 nəfərlik üçün nəzərdə tutulub.
Yanğın zamanı heç kim xəsarət almayıb. Polis hadisəni törədən cinayətkarı axtarır.