İsveç mediasında atılan manşet: TÜRKLƏR BİZİ ÇUXURA GÖMDÜ

Baxış sayı:
2977

Türkiyənin futbol üzrə Milli Komandasının dünən 2-0-dan dönərək İsveçi 3-2 məğlub etdiyi matçdan sonra İsveç mətbuatı öz futbolçularını tənqid edərkən türk futbolçularına təriflər yağdırıb.
 
Ölkənin aparıcı qəzetlərindən “Aftonbladetin” "Gecənin süqutu" başlığı ilə dərc etdiyi xəbərdə, UEFA Millətlər B Liqası 2-ci Qrup ikinci matçında İsveçin Türkiyə qarşısında çox dəyərli 3 xal itirdiyi qeyd olunub.
Matçın 88-ci dəqiqəsinə qədər İsveçin 2-1 öndə olduğu xatırladılan xəbərdə, bu dəqiqədən sonra Türkiyənin 2 qol vuraraq debütdə qızıl dəyərində 3 xal aldığı vurğulanıb.
 
TÜRKLƏR BİZİ ÇUXURA GÖMDÜ
 
Qəzetin idman yazarı Simon Bank, "Türkiyə İsveçi çuxura gömdü" başlıqlı yazısında,  “(Texniki direktor) Janne Anderssonun İsveçi dünyanın ən yaxşı 8 komandasından biri etməsi üçün 2 ili var. Türkiyə 2 dəqiqədə İsveçi çuxura gömdü. Qış gəlir, İsveçdə soyuq indidən başlayıb" deyə, sərhini edib.
İsveç dövlət televiziyası SVT isə "İsveç Türkiyə qarşısında çökdü" başlığını istifadə edib.
Müxalifət.az