"İstəyim olmadan intim münasibətdə olmamı istədi" - HACI TAHİRDƏN ƏHMƏD ORUCA İTTİHAM

Baxış sayı:
859

Azadlıq partiyasının sədri Əhməd Orucun "Siyasət meydanı" və "Reaksiya" tv"-lərdə çıxışlarına AXH İH-nın üzvü Tahir Abbaslı cavab yazıb. O, özünün Facebookdakı hesabında sensasion iddialarla çıxış edib. Orada iddia edib ki, Əhməd Oruc onu bir qadınla zorla cinsi əlaqəyə təhrik edib. Musavat.com həmin statusu təqdim edir:

"Əhməd Orucun AXH- dan kənarlaşdırılmasından sonra Əvəz Zeynallının "Siyasət meydanı" və Reaksiya" verlişlərinə çıxaraq AXH-də olan fəaliyyəti dövründə ona qarşı haqsıslıq olduğunu vurğulayır. Bunu əsas tutub, AXH hərakatını və ayrı-ayrı şəxsləri ictimayyət arasında nüfuzdan sallınmasına çalışır. Mən şəxsən Tahir Abbaslı, bir inanclı insan kimi Əhməd Orucla bağlı ortada olan rüsvayçı əməllərini açmaq istəmirdim. Ona görə ki, İslamın bizə olan tövsiyəsini: "Allah sirr örtənlərin sirrlərini örtər" fikirini nəzərə alaraq, bu mənada nəsə açmaq istəmirdim. Amma Əhməd Oruc bizlərin abrına sığmasından istifadə edib, kişiyə yaraşmayan davranış nümayiş etdirir. Çox təəssüf!!!

Mən hər zaman höcət olan yerdən uzaq durmuşam. Çünki höcət olan yerdə şeytan fitnə salar. Amma görürəm ki, Əhməd Oruc davranışlarına görə utanıb, xəcalət çəkmək əvəzinə, hərəkətlərinə bəraət qazandırıb və bizə savaş başlayıb. Mənim daxili tərbiyəm Əhməd Orucun ortada olan çirkin əməllərini ictimayyətə bildirməyə imkan vermir. Amma Əhməd Orucun davranışları bunu açıqlamağa məcbur edir. Cəmiyyətimizə bəllidir ki, bu rejim alternativlərinə qarşı hansı metodlardan istifadə edir. Nümunə olaraq, bir neçə il bundan qabaq Qənimət Zahidin, Xədicə ismayıl, Kəmalə Bənanyarlı və başqalarını göstərmək olar. Əhməd Oruc da hakimiyyət tərəfindən hazırlanmış və hərakat daxilində söz sahiblərini susdurmaq üçün oyuna girmişdir. Belə ki, təxminən 2-3 aya yaxın olar ki, məni Qusarda yerləşən şəxsi mini otelinə dəvət etdi. Mənim heç bir istəyim olmadan bir qadınla intim münasibətdə olmağımı istədi. Ciddi etirazımı görüb, fikirimi yayındırmaq üçün başqa söhbətlər etdi. Söhbət əsasında Rəhim Qazıyevin ailəsinin olmamasına görə onun halına yanıb, bura gətirəcəyini bildirdi. Və elə mənim yanımdaca Rəhim Qazıyevə zəng edib, dəvətini bildirdi. Bundan sonra yanımda qadını yanımıza gətirən şəxsə zəng açdı. Ona dedi ki, yaxın günlərdə Rəhim Qazıyev gələcək, ona seksual xidmət göstərmək lazım gələcək. Qeyd edirəm ki, mənim etirazıma baxmayaraq Əhməd Oruc öz inadından qalmadı. Mənim bir gün də qalmağımı təkid edərək və qadınla görüşməyimi məcbur edirdi. Mənim istəyim olmadan bir neçə dəfə qadına zəng vurub, telefonu məcburən mənə verirdi. Əhməd Orucun bu davranışların gördükdən sonra onun hakimiyyət tərəfindən hansı misyasını çiyninə götürdüyünü müəyyən etdim. Məsələləri belə görüb, Bakıya döndüm. Gördüklərimi lazimi ünvana bildirdim. Məsləhət oldu ki, bu adamı kontrola götürüb əməllərinə diqqət edək.

"Qadın əməliyyyatı" baş tutmadıqdan sonra yeni oyuna başladı. O oyunki, Mirmahmud Fəttayevin gəlişi ilə əlaqədar hərəkət üzvlərinin ona qarşı etimadsızlığını yaratmaq üçün belə bir dezinformasiya dövrüyəyə buraxdı. Guya ki, Mirmahmud Fattayev hakimiyyət tərəfindən 450000 manat pul alıb, onun qarşılığında hərakatı dövlətin nəzarəti də saxlamaq üçün bura yerləşdirib. Bu məsələilə bağlı müzakirə aparıb, sözün Əhməd Oruc tərəfindən dövrüyyə buraxıldığını müəyyn edik. Bundan sonra dövrüyyə buraxılmış dezinformasiyanın sahibi kimi, Əhməd Orucdan izahat tələb etdik. Əhməd Orucsa müxtəlif bəhanəlr gətirib, boynundan atdı. Artıq Əhməd Oruc kimliyini ortaya çıxardı. Daxili müzakirədə qərara gəldik ki, bu adam hərakata ciddi zərbə vermədən sakitcə uzaqlaşdıraq. İndi Əhməd Oruc görünür ki, aldığının qarşılığında misyanın sona qədər yerinə bilmədiyindən yeni çirkin addımlara qədəm qoyur. Artıq söz demək istəmirəm. Qoy cəmiyyət və Azerifreedom ailəsi Əhməd Orucun əsl obrazını tanısın. Onun əsil işi pəzəvəngluk və şər-böhtandır. 

Əhməd Oruc, mənim sənə bir mömin kimi yazığım gəlir. Qurandan sənə ayə deyirəm. Oxuyasan və biləsənki, Allah qarşısında nə qədər bağışlanmaz olacaqsan. "Qeybət etməyin! Qeybət etmək zinadan da günahdır. Çünki, zina edən tövbə etsə Allah onu bağışlayar, qeybət edəni o şəxs bağışlamasa Allah bağışlamaz!".

Əhməd Oruc bizdən demək, qalanı qalsın sənin boynunda. Sənin danışıqlarınsa özünü aldatmaqdır. Unutma ki, Yel qayadan heç nə apara bilməz. Amma sən bu əməllərinə görə çox peşman olacaqsan. Sonda da peşmançılığın faydası olmayacaq.//musavat