İstirahət mərkəzində qar uçqunu: Xeyli insan...

Baxış sayı:
17611

İsveçrənin Vale kantonunda, Alp dağlarının ətəyində yerləşən Krans-Montana xizəksürmə mərkəzində qar uçqunu baş verib.
Muxalifet.az xəbər verir ki, yerli vaxtla saat 14:15-də Pleyn-Mort xizəksürmə zolağı qar uçqununun altında qalıb.
Polisin məlumatına görə, xeyli insan qarın altında köməksiz vəziyyətdədir və onların xilasedilməsi işləri aparılır.
Qeyd edək ki, qar uçqununa səbəb kimi son vaxtlar ölkədə havanın temperaturunun normadan artıq olması gözlənilir.