​İstirahət günləri yollarda 7 nəfər öldü, 18 nəfər yaralandı

İstirahət günlərində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
Nəticədə 7 nəfər ölüb, 18 nəfər xəsarət alıb.