​İstintaq-əməliyyat qrupu Bakıdan Ağstafaya ezam olundu - DƏHŞƏTLİ QƏTLİ ARAŞDIRMAQ ÜÇÜN

Baxış sayı:
1456

Ağstafa rayonunda törədilmiş qətlə bağlı Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu Ağstafa rayonuna ezam ediliblər.
Muxalifət.az bildirir ki, bunu apa-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Astafada dəhşətli qətl törədilib. Hadisə rayonun Xətai kəndində qeydə alınıb. Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Samir Fikrət oğlunun meyiti yol kənarında tapılıb. Ona məxsus “VAZ-2104” markalı maşın isə meyitin yanında yanmış vəziyyətdə aşkar edilib.
S. Əliyevin qətlə yetirildiyi məlum olub.