İstintaq başa çatır, TÜRKİYƏ BÜTÜN SÜBUTLARI DÜNYAYA TƏQDİM EDƏCƏK

Baxış sayı:
2821

Türkiyənin Ədalət və İnkişaf partiyası sədrinin müavini Numan Kurtulmuş səudiyyəli jurnalist Camal Xaşoginin (Camal Kaşıkçı) Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxması ilə əlaqədar aparılan araşdırmanı şərh edib.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, Kurtulmuş Türkiyənin heç zaman Camal Xaşoginin qətlində müqəssirləri və sübutları gizlətməyəcəyini bəyan edib: “Səudiyyə Ərəbistanı administrasiyası, günahı sübut olunacağı təqdirdə, yaxasını kənara çəkə bilməyəcək”.
Kurtulmuşun sözlərinə görə, Türkiyə hökuməti Xaşoginin qətlinin sübutlarını bütün dünyaya təqdim edəcək. O bildirib ki, istintaq artıq başa çatmaq üzrədir.