İstilər 45 dərəcəyə qalxdı, 2 gündə 78 adam öldü

Baxış sayı:
5695

Hava istiliyinin mövsüm normallarından artıq olması Hindistanın Bihar əyalətində 2 gündə 78 adamın ölümünə səbəb olub. Əyalətdə məktəblər tətilə buraxılıb.
 
Hindistanın Bihar əyalətindəki yerli hökumət səlahiyyətliləri əyalətdəki isti hava dalğası üzündən son iki gündə həyatını itirənlərin sayının 78-ə yüksəldiyini açıqlayıb.
İstiliyin yüksəlməsi ilə bağlı ölümlərin Aurangabad, Gaya, Nawada və Jamui bölgələrində də meydana gəldiyi ifadə edilib.
Səlahiyyətlilər istidən təsirlənən bölgələrdəki insanlar üçün xəbərdarlıq edərək evlərindən çıxmamalarını, bol miqdarda maye içmələrini və yorucu fiziki fəaliyyətləri məhdudlaşdırmalarını istəyib. Əyalətdə məktəblərin 22 iyuna qədər bağlı olacağı bildirilib.
Hindistanda iyun ayının əvvəlindən bu yana təsirli olan isti hava dalğaları səbəbiylə bu ana qədər 184 adam həyatını itirib.
Bihar əyalətinin paytaxtı Patnada havanın istiliyi bazar günü 45 dərəcəyə çatıb. Səhiyyə səlahiyyətliləri həyatını itirənlərin çoxunun 50-dən çox yaşlarının olduğunu qeyd edib. Gaya bölgəsində də yerli idarəçilər gündüz fəaliyyətlərini ləğv edi.
Müxalifət.az