İstefa verən Serj Sarkisyan baş nazir əvəzi KARAPETYANLA GÖRÜŞÜB – SƏBƏB

Baxış sayı:
5176

Aprelin 25-də istefa verən Serj Sarkisyan parlamentdəki Pespublika Partiyasının deputatları və baş nazir əvəzi Karen Karapetyan ilə görüşüb.
 
Serj Sarkisyan görüşün birinci hissəsində iştirakçılara hökumət başçısı postundan istefasının səbəblərini daha ətraflı təqdim edib. Sonra isə parlamentdə müxtəlif formatlarla işləri prioritet olaraq müəyyənləşdirib və daxili sabitliyin və dövlətin təhlükəsizliyini təmin etmək üçün partiya daxilində birliyə çağırıb.
Sarkisyanın bu narahatçılığı onunla bağlıdır ki, artıq dünən parlament daxilində mövcud olan bəzi fraksiya və siyasi partiyalar məxməri inqilabın lideri Nikol Paşinyanı dəstəkləmək qərarı veriblər. Paşıinyanın baş nazir olması üçün  vacib olan 53 səsdən artıq 40-nın hazır olduğu bildirilir. Məhz bu amil Sarkisyan və rəhbərlik etdiyi oliqarxik sistemi qorxuya salıb və təcili qaydada parlamentdəki digər deputatlarla işləmək məcburiyyəti yaradıb. Sarkisyan narahatdır ki, Paşinyana qalan bu 13 səsi məhz koalisiya ortağı Daşnaksutyun partiyasının deputatları verə bilər. Çünki artıq daşnakların 2 üzvü sosial mediyada Paşinyana dəstək verəcəklərini açıqlayıblar.
Müxalifət.az