İstanbulun 7 rayonunda səslərin sayılması yenidən başladı

Baxış sayı:
6892

 İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə seçki ilə bağlı 7 rayondakı səslərin yenidən sayılması CHP-nin etirazı ilə dayandırılmışdı. Yüksək Seçki Komissiyası bu qadağını ləğv edərək səslərin yenidən sayılmasının yolunu açıb. İstanbulun 7 rayonunda səslərin sayılma prosesi saat 10.00 etibarilə yenidən başlayıb.
Qeyd edək ki, İstanbul Vilayət Seçki Komissiyası CHP-nin müraciəti ilə İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə seçki ilə bağlı bəzi rayonlarda səslərin yenidən sayılmasına dair qərarı dayandırmışdı. Araşdırmalar nəticəsində bu hiylə prosesinin arxasında da FETÖ şəbəkəsinin durduğu müəyyən olunmuşdu. Bu qanunsuz qərarı YSK təcili toplanaraq ləğv edəndən sonra İstanbulun 7 rayonunda səslərin sayılma prosesi saat 10.00 etibarilə yenidən başlayıb.
Müxalifət.az