İstanbulu oğrular idarə edə bilməz - Yıldırım

Baxış sayı:
3442

Dəyərli qardaşlarım, İstanbul seçkiləri müstəqillik mübarizəsi deməkdir. Cümhur İttifaqıyla ay ulduzlu bayrağımıza və unitar dövlət quruluşumuza sahib çıxmaq deməkdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri AKP-nin İstanbul Böyükşəhər Bələdiyəsi sədrliyinə namizədi Binəli Yıldırım Pendikdə vətəndaşlarla görüşündə deyib.
“Bu dəfə Binəli Yıldırımın səsləri oğurlanmayacaq, elə deyil mi? İstanbulu oğrular idarə edə bilməz. Bu şəhər ölkəmizin qəlbidir. Burada Diyabəkirdən çox kürd qardaşımız var. Kürdlər, Lazlar, Çərkəzlər, immiqrantlar, hər yerdən bu şəhərə gələn və burada məskən salan bütün qardaşlarımız başımızın tacıdır.
Ötən seçkidə səs verməyənlər bunu bilsinlər ki, qeydiyyata ehtiyac yoxdur. Gedib rahatlıqla səsvermə haqlarından istifadə edə bilərlər.
Sənəd məsələsində problem varsa, hamısını həll edərik. Xidmətlərimiz artaraq davam edəcək.
Biz hər şeyi edərik, təki bir olaq, iri olaq, birlikdə olaq", - Yıldırım bildirib.