İstanbuldan yola düşən 250-yə yaxın azərbaycanlı artıq ölkədədir

Baxış sayı:
1624

Türkiyədən yola salınan 250-yə yaxın sərnişinin hamısı artıq Bakıya çatıb.

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, sonuncu iki avtobus bu gün səhər saatlarında paytaxta çatıb:

“İstanbul-Bakı müntəzəm reysi üzrə hərəkətdə olan sərnişinlərimizin hər biri artıq ölkədədir. İlk iki avtubus ötən gün Bakıya çatıb, gecə saat 02:30-da isə sonuncu sərnişinlərimiz "Qırmızı körpü" sərhəd keçid məntəqəsindən ölkəyə daxil oldular. Sonuncu sərnişinlər də paytaxta çatıblar. Bakıya bir qədər gec çatmalarına səbəb isə həmin şəxslərin hər birinin tibbi müayinədən keçməsi olub. Sərnişinlərin verdiyi məlumata görə, onların heç birində virus aşkarlanmayıb və karantinə alınmayıblar”. (trend)