​İstanbuldan tanker qəzası ilə bağlı rəsmi açıqlama - Video

Baxış sayı:
3757

Malta bayrağı altında üzən “VitaSpirit” adlı gəminin tarixi Həkimbaşı Saleh Əfəndi villasına çırpılması nəticəsində xəsarət alan olmayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İstanbul Valiliydən verilən açıqlamada bildirilib.
Qeyd edilir ki, İstanbul vaxtı ilə saat 15:25-də qəza törədən gəmi Rusiyadan Səudiyyə Ərəbistanına 62 min 623 ton arpa aparırdı.
“225 metr uzunluğunda olan gəminin maşınqayırma sisteminin tamamilə sıradan çıxması nəticəsində həm əsas maşınqayırma, həm də sükan çalışmayıb. Buna görə, gəmi sürətlə sahilə doğru hərəkət edib. Bu əsnada dənizə dəmir atılsa da, gəmi yenə də quruya doğru hərəkət edib və qəza törədib. Boğazda hər iki istiqamətdə hərəkət məhdudlaşdırılıb. Hadisə nəticəsində dənizin çirklənməsi müşahidə olunmayıb”.