​İstanbuldan Masallıya sənət körpüsü – Foto

Baxış sayı:
2404

Masallı şəhər Nizami parkında “İstanbuldan Masallıya sənət körpüsü” adlı tədbir keçirilib.
Muxalifet.az xəbər verir ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Ordumuzun 100 illiyi, Nuru Paşanın rəhbərliyi altında Türk-Qafqaz İslam Ordusunun Bakıya dəstəyə gəlməsinin 100-cü ildönümü və bir sıra digər əlamətdar hadisələrə həsr olunub.
Tədbirin açılışında çıxış edən təşkilatçılardan “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova ölkəmiz və xalqımız üçün əlamətdar olan bu hadisələrlə bağlı çıxış edib. A.Bağırova bu tədbiri Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fikirlərinə uyğun olaraq qardaş Türkiyədən gələn qonaqlarla birlikdə qeyd etməkdən məmnuniyyət duyduğunu vurğulayıb.
Tədbirdə Milli Məclisin üzvü Qənirə Paşayeva, rayon rəhbərliyi və başqaları iştirak ediblər. Azərbaycanın əməkdar artisti Lalə Məmmədova və türkiyəli müğənni Zəfər İşləyənin ifasında səslənən milli ruhlu əsərlər tamaşaçılar tərəfindən böyük coşqu və hərarətlə qarşılanıb.
Tədbirin sonunda “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova hər iki sənətçiyə Azərbaycan mədəniyyətinə dair hədiyyələr təqdim edib.