​İstanbuldakı azərbaycanlı dilənçi hamını şoka saldı — 15 ölkənin valyutası

Baxış sayı:
2620

İstanbulun Pendik səmtində saxlanılan dilənçilər polisi şoka salıb.
Muxalifet.az xəbər verir ki, Sabiha Gökçen adına hava limanında dilənçilik edən azərbaycanlının ciblərindən 15 fərqli ölkənin valyutası çıxıb. Pulların bəziləri valyutadəyişmə məntəqələrində belə yoxdur.
Pendik bələdiyyəsinin icra məmurları azərbaycanlı dilənçinin ciblərindən 1.500 lirə, 530 avro, 421 dollar tapıb. Bundan başqa dilənçidə İran rialı, Səudiyyə Ərəbistanı rialı, Qətər rialı, Küveyt dinarı, BƏƏ dirhəmi, Omman sultanlığının rialı tapılıb. Eyni zamanda onun ciblərindən Livan lirəsi və Liviya dinarı da aşkar edilib.
Azərbaycanlı dilənçidə İsveç kronu, Nepal rupisi, rus rublu, Hindistan rupisi də diqqətə səbəb olub