​İstanbulda “ZÜLMƏ LƏNƏT, QÜDSƏ DƏSTƏK!” mitinqi keçirilir

Baxış sayı:
5629

Türkiyənin İstanbul şəhərində, Yenikapı meydanında Qəzza zolağında baş vermiş hadisəyə etiraz olaraq “Zülmə lənət, Qüdsə dəstək!” şüarı altında mitinq keçirilir.
Muxalifət.az “Report”a istinadən xəbər verir ki, mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstinin baş naziri Rami əl-Hamdallah, Türkiyənin baş naziri Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman, xarici işlər naziri Mevlüt Çavuşoğlu, Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli, Böyük Birlik Partiyasının sədri Mustafa Dəstici və başqaları iştirak edirlər.
Aksiya iştirakçıları əllərində Türkiyə və Fələstin bayraqları tutublar.
Qeyd edək ki, mayın 14-də Qəzza zolağında ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsinə etiraz aksiyası keçirilib. İsrail hərbçilərinin aksiya iştirakçılarına açdığı atəş nəticəsində 62 nəfər ölüb, 3 mindən çox etirazçı yaralanıb.