İstanbulda yaxalanan 2 BƏƏ casusu sifarişli qatilin ADAMLARI ÇIXDI

Baxış sayı:
9535

Dünən İstanbulda tutulan iki BƏƏ casusunun Orta Şərqin kiralıq qatili olaraq xatırlanan Məhəmməd Dahlana yaxın olan Z.H və S.S.-nın Birləşmiş Ərəb Əmirlikləri adına casusluq etdikləri təsbit edilib.
 
Səudiyyə jurnalisti Camal Kaşıkçının vəhşicəsinə öldürülməsinə bağlı istintaq davam edərkən, şok bir gəlişmə yaşanıb. İstanbuldakı müxalif Ərəbləri izləyib, onları zərərsizləşdirməyə çalışan və Türkiyəyə qarşı casusluq fəaliyyəti icra edən Birləşmiş Ərəb Əmirlikləri kəşfiyyatına mənsub iki casus İstanbulda tutulub.
Daha əvvəl bölgədəki bir çox ölkədə casusluq fəaliyəti yerinə yetirdikləri müəyyən olunan Fələstin əslli casusların, 'Orta Şərqin kiralıq qatili olaraq xatırlanan Məhəmməd Dahlan'a yaxın şəxslər olduğu bildirilib. Dahlan BƏƏ vəliəhd şahzadəsi Məhəmməd bin Zayed ilə Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Səlmanın tətikçiliyini edir. Dahlanın bu iki şahzadə adına Fələstindən Yəmənə qədər dünyanın dörd bir tərəfində onlarla ad edam etdiyi bilinir.
Polis əməliyyatlarından sonra İstanbul Prokurorluğu tərəfindən sorğu-suala alındıqdan sonra məhkəməyə sövq edilən casuslar həbs olunub.
Müxalifət.az