İstanbulda səslərin yenidən sayılması CHP-ni vahiməyə saldı - ŞOK SƏBƏBLƏR

Baxış sayı:
6055

İstanbulda səslərin yenidən sayılma qərarından sonra Binəlı Yıldırım ilə Əkrəm İmamoğlu arasında səs fərqi 10 minlərə düşüb. Bu nəticə CHP-də böyük bir təlaş yaradıb. 

CHP Rayon Seçki Komissiyasına müraciət edərək, səslərin sayılmasının dayandırılması haqda qərar verib.

Mərkəzi Seçki Komissiyası qanununda "səslərin sayılması dayandırıla bilməz" hökmünün yer almasına baxmayaraq, belə bir qərar verib, ancaq daha sonra qərarı ləğv edib.
 
AKP sədrinin müavini Əli İhsan Yavuz seçkidən sonra baş verənlərlə bağlı yeni bir bəyanat verib:
“Səslərin yenidən sayılması əsnasında gördük ki, çox sürətli bir şəkildə aradakı fərq azalır. Belə bir mənzərənin yaranması bizləri heyrətə saldı. CHP-dən soruşmaq istəyirəm: bu qədər tələskənlik nəyə görədir? “Səslərin yenidən sayılmasına əsla imkan vermərik” açıqlaması nəyin qorxusudur"?

Müxalifət.az