​İstanbulda özəl helikopter qəzaya uğradı - Foto

Baxış sayı:
6334

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunun Bostancı sahilində helikopter qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, göyərtədə olan 2 nəfər ətrafdakı insanların yardımı ilə sudan çıxarılıb.
İstanbul valiliyinin yaydığı məlumatda, helikopterin vətəndaşa məxsus olduğu və sözügedən 2 şəxsin yüngül yaralandığı bildirilib.
Hadisə yerinə gələn mütəxxəssislər qəzanın səbəblərini araşdırır.