​İstanbulda ƏMƏLİYYAT - İŞİD-ə qoşulmaq istəyən xarici vətəndaşlar saxlanıldı

Türkiyə hüquq-mühafizə orqanları İstanbulda genişmiqyaslı əməliyyat keçirib.
Keçirilən əməliyyat nəticəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 80-dən çox şəxsin saxlanıldığı barədə polis məlumat yayıb.
Məlumata görə, saxlanılanlar İraq və Suriyaya münaqişə zonalarına keçmək istəyən xarici vətəndaşlardır.
Bildirilir ki, əməliyyat İstanbulun 14 rayonunda keçirilib.
Qeyd edək ki, ötən gün belə əməliyyat Ankarada keçirilmişdi. Həmin əməliyyat nəticəsində isə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 100-dən çox şəxsin saxlanılması barədə məlumat verilmişdi. (trend)