İstanbulda İŞİD-ə qarşı daha bir əməliyyat - BU DƏFƏ 11 TERRORÇU TUTULDU

Baxış sayı:
4894

İstanbulda İŞİD terror təşkilatına qarşı daha bir əməliyyat keçirilib.
Trend-in məlumatına görə, əməliyyat çərçivəsində 11 nəfər saxlanılıb.
Saxlanılanların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.
Qeyd edilir ki, əməliyyat qabaqcadan müəyyən olunmuş 15 ünvan üzrə keçirilib.
Xatırladaq ki, İŞİD-ə qarşı noyabrın 5-də keçirilən sonuncu genişmiqyaslı əməliyyat çərçivəsində 24 nəfər saxlanılmışdı. Həmin şəxslərin Suriya, İraq, Livan və Liviyada terrorçular üçün maliyyə vəsaiti toplamaqla məşğul olduqları bildirilmişdi.