​İstanbulda həyəcan: İŞİD üzvlərinə məxsus...

Türkiyənin İstanbul şəhərində həyəcanlı anlar yaşanır.
Muxalifet.az xəbər verir ki, İstanbulun Bayrampaşa səmtindəki ticarət mərkəzlərindən birində avtomobil dayanacağında şübhəli avtomobil aşkarlanıb. Polis ərazini nəzarətə alıb, araşdırma aparılır. Dayanacaq və ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.
Araşdırma nəticəsində məlum olub ki, avtomobil 2 İŞİD üzvünə məxsusdur. Avtomobildə bomba və ya silah olub-olmaması ilə bağlı araşdırma gedir.