​İstanbulda gəmilərin hərəkəti dayandırıldı

Baxış sayı:
3262

İstanbul boğazında Fateh Sultan Məhməd körpüsü altında sahildəki villaya çırpılan tanker Malta bayrağı altına üzürmüş. Hazırda boğazda gəmilərin hərəkəti dayandırılıb.
Muxalifet.az xəbər verir ki, 225 metr uzunluğunda olan gəmi Qara dəniz-Mərmərə xətti ilə hərəkət edərkən qəzaya uğrayıb. Gəmi hadisə yerindən yedək gəmisinin köməyi ilə sahildən çəkilib. Bildirilir ki, onun çırpıldığı yer əsasən restoranlar olan ərazidir.