İstanbulda dəhşətli qətl: eşitmə əngəlli gəncin boğazını kəsib yandırdılar

Baxış sayı:
11509

Ötən həftə İstanbulun Sultanbəyli ərazisində yoxa çıxan Abdülkadir Elgen adlı gəncin cəsədi aşkar edilib.

Musavat.com türkiyə mediasına istinadən xəbər verir ki, eşitmə əngəlli gənc cinayət qurbanı olub.

Elgen adlı gəncin iki zehni əngəlli gənc tərəfindən öldürüldüyü məlum olub. 21 yaşlı gənc avqustun 9-da qardaşı ilə birlikdə alış-veriş mərkəzindən evə qayıtdıqdan sonra yenidən çölə çıxmaq istədiyini bildirmişdi. Evdən çıxan gənc bir daha evə qayıtmamışdı.

Ailəsinin polisə verdiyi məlumat əsasında axtarışlara başlayan polis əməkdaşları dəhşətli mənzərə ilə qarşılaşıb. İstanbulda Aydos meşəsində gənc oğlanın cəsədi boğazı kəsilmiş və yandırılmış halda tapılıb.

Cinayəti törədən iki nəfərdən biri qadındır. 

Qətlə yetirilən gənc oğlanın dəfnində atasının dediyi sözlər isə hər kəsi kövrəldib.

O oğlunu öldürənlərin edam olunmasını istəyib: "Lazımı cəzanı alsınlar,mənim oğluma necə işgəncə çəkdiriblərsə o cür işgəncə görsünlər. Mənim oğlum dilsiz,ağıssız bir uşaq idi. Qatillərin edam olunmasını istəyirəm. Mən belə bir şey görməmişəm. Allah bunların ocağına od salsın".