İstanbulda da kütləvi tədbirlər qadağan edildi - KORONAVİRUS TƏHLÜKƏSİ...

Baxış sayı:
1908

İstanbulda martın 10-a kimi bütün kütləvi tədbirlərin, o cümlədən mitinq və nümayişlərin keçirilməsinə qadağa qoyulub.

Türkiyə KİV-ləri xəbər verir ki, hər növ mitinq, yürüş, mətbuat açıqlamaları, imza kampaniyaları, stend, şəhərdə broşür paylama və sairə bu kimi tədbirlər də daxil olmaqla bütün kütləvi tədbirlərə müvəqqəti qadağa qoyulub.

Bu məhdudlaşdırma tədbiri son zamanlar baş verən hadisələrlə bağlı şifahi və fiziki təxribat hadisələrinin ola biləcəyini nəzərə alaraq, ictimai asayişin qorunması məqsədilə tətbiq edilir.