İstanbulda böyük saxtakarlıq: Bir məntəqədə Binalı Yıldırıma verilən 6351 səs etibarsız sayılıb

Baxış sayı:
7510

AK Partiyanın şkayət müraciətini qiymətləndirən Rayon Seçki Komissiyası İstanbulun Sarıyerdəki məntəqədə etibarsız səslərin təkrar sayılmasına verib.
 
AK Partiyanın müraciətində 31 mart 2019 tarixində keçirilən bələdiyyə seçkisində səsvermə zamanı Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd olan Binali Yıldırıma verilən 6351 səs etibarlı olsa da, etibarsız olaraq qeyd edilib. Hesabatda da bu səslər etibatsız olaraq göstərilib. İndi bu səslər yenidən sayılacaq və yoxlanılacaq.
CHP və Səadət Partiyası üzvlərinin etirazlarına baxmayaraq Sarıyer 1 və 2 Rayon Seçki Komissiyası AK Partiyanın etibarsız bülletenlərin yenidən sayılması tələbini qəbul edib.
Müxalifət.az