“İstanbulda Binalı Yıldırımın önə keçməsinə az qaldı” – AKP rəsmisi

Baxış sayı:
14746

İstanbulda maddi səhvlərlə bağlı düzəlişlər və etibarsız səslərin yenidən sayılması davam edərkən, AKP sədrinin müavini Həmzə Dağ əhəmiyyətli bir açıqlama verib. Dağ səslər arasındakı fərqin daraldığını, Binalı Yıldırımın önə keçməsinə çox az qaldığını bildirib.
Qeyd edək ki, İstanbulda son gələn məlumatlara görə, 18 rayonda etibarsız səslər, 4 rayonda də səslərin hamısı sayılır.
Həmzə Dağ şəxsi Twitter hesabından bu ifadələri paylaşıb:
“Bayrampaşada etibarsız səslər sayılır. Etibarsız sayılan səslərdən hər seçki qutusunda ən az iki dənəsi AK Partiya xanasına yazılır. Aradakı fərq azalır, müsbətə keçməyə çox az qalıb inşaallah”.
Verilən məlumata görə, Bağçalılarda aparılan araşdırma nəticəsində "sürüşmə" olan seçki qutularında düzəlişlər nəticəsində 1304 səs Binalı Yıldırıma yazılıb.
Yenə eyni şəkildə Arnavutköydə Binalı Yıldırıma 1221 səs yazılarkən, bu səslərin 676-sının Vətən Partiyasının namizədinə, 537-nin isə Əkrəm İmamoğlunun xanasına yazıldığı müəyyənləşdirilib.
Beykozda da “sürüşmə” aparılan və hələ də sayılan etibarsız səslərin sayından 3191 səs Binalı Yıldırımın xanasına yazılıb.

Müxalifət.az