​İstanbulda avtoxuliqan 7 şagirdi vurdu

Baxış sayı:
8485

İstanbulun Büyükçekmece rayonunda dar küçədə sürücü 7 şagirdi yaralayıb.
Muxalifet.az-ın ONA-ya istinadən məlumatına görə, dar küçədə avtomobilinin təkərlərinin sürüşdüyünü iddia edən avtoxuliqan 5-i qız, ikisi oğlan olmaqla 7 şagirdi vurub. O, şagirdləri bağça divarına sıxışdıraraq əzib.
Hadisədən sonra şagirdlər təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar, hazırda həyati təhlükələri yoxdur.
Sürücü həbs edilib.