İstanbulda AKP-nin səsləri artdı - BAŞQA PATİYALARA YAZILIBMIŞ...

Baxış sayı:
5941

İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi üçün keçirilən seçkidə bəzi qanunsuzluq və saxtakarlıqların olduğu iddiası ilə AK Partiya İstanbul vilayət təşkilatının rəhbərliyi və Bağçalı Rayon rəhbərliyi Bağçalılarda Rayon Seçki Komissiyasına səslərin yenidən sayılması üçün müraciət etmişdi.
 
Bağçalılar Rayon Seçki Komissiyası seçki qutularını yenidən açıb və yenidən siyahıya alma aparılıb. Məntəqə yekun protokolları və say cədvəlləri ilə səs torbaları araşdırılıb.
Araşdırma nəticəsində ciddi səhvlərin olduğu müəyyənləşdirilib. AK Partiyanın Böyükşəhər Bələdiyyə sədrliyi seçkilərində çox sayda səsin əskik yazıldığı aydın olub. Bundan sonra AKP-nin bu rayonda təxminən 1304 səsi artıb. AKP-nin səslərinin başqa partiyalara yazıldığı da aydın olub.

Müxalifət.az