İstanbulda 1700 səs Binalı Yıldırıma keçdi: CHP qəbul etdi

Baxış sayı:
9757

İstanbulda Arnavutköylə bağlı seçki etirazları nəticə verib. Rayondakı seçki məntəqəsindəki xətalar və saxtakarlığı CHP də qəbul edib. Nəticə olaraq 1700 səs Binalı Yıldırıma əlavə olunub.
 
 Bu gün səhər saatlarında AK Partiya və CHP-nin rayon təşkilatlarının rəhbərlikləri protokollara müşahidələr altında yenidən baxıb və nəticədə 1700 səsin qanunsuz olaraq etibarsız sayıldığı müəyyən olunub. 1700 səsin sürüşdürmə üsulu ilə başqasına yazıldığı müəyyənləşdirilib. Beləliklə də Binalı Yıldırımdan oğurlanan 1700 səs özünə qaytarılıb. Ancaq bu nəticə yalnız bir məntəqəni özündə əks etdirir. Bu minvalla digər məntəqələrdə də bu cür oyunların tətbiq edildiyi və nəticədə Binalı Yıldırımın səslərinin oğurlanaraq CHP-nin namizədinə yazıldığı iddiaları var və bunun sübut edən sənədlərin olduğu iddia edilir. Əgər iddialar təsdiqlənərsə, səslərin yenidən sayılması ilə qalibin dəyişməsi tamamilə mümkündür.
Müxalifət.az