​İstanbul terrorunda şübhəli bilinən azərbaycanlının adı açıqlandı

İstanbulun Atatürk hava limanında törədilmiş terror aktının təşkilində şübhəli bilinərək saxlanılan azərbaycanlının adı açıqlanıb.
Bu barədə “Habertürk”məlumat yayıb.
Mənbə bildirir ki, terror aktının təşkilində şübhəli bilinən şəxsin adı Elçin B.-dir.
Virtualaz.org-a məlum olub ki, onun soyadı Bünyadovdur və İstanbulda hüquq məsləhətxanasında işləyib.
Atatürk hava limanında baş verən terror hadisəsi ilə bağlı 13 əcnəbi saxlanılıb. Terror zamanı 45 insan həlak olub. İlkin məlumatlara görə, partlayışı terror təşkilatı olan İŞİD təşkil edib.