​İstanbul terrorçusunun evindən 2 pilotsuz uçuş aparatı çıxdı

İstanbul valisi Vasip Şahin Yeni il gecəsi "Reina"da 39 nəfəri qətlə yetirən Maşaripovun tutulması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Türkiyə KİV-I xəbər verir ki, Şahinin açıqlamasında ən çox Maşaripovun tutulduğu evdə 2 dron (pilotsuz uçuş aparatı), 2 tapança və 197 min ABŞ dollarının ələ keçirildiyi xəbəri diqqət çəkib.
İstintaqın fikrincə, terrorçu bu aparatdan hücum ərəfəsində kəşfiyyat məqsədilə istifadə edib.