İstanbul-Moskva təyyarəsini ildırım vurdu

İstanbuldan Moskvaya uçan sərnişin təyyarəsini ildırım vurub.
 
Hadisə Türkiyə səmasında baş verib.
Məlumatlara görə, təyyarə uçuşu tam yerinə yetirə bilib. Şeremetyev aeroportuna eniş edən təyyarədə hadisə zamanı xəsarət alan olmayıb.