İstanbul boğazında gecəyarısı QORXUNC GÖRÜNTÜLƏR: Onlarla döyüş gəmisi... - FOTO

Baxış sayı:
13954

Türkiyə Hərbi-Dəniz Qüvvələrinin 3 dənizdə eyni zamanda gerçəkləşdirdiyi “Mavi Vətən 2019” təlimləri başa çatıb.
təlimlərdə iştirak edən 103 hərbi gəmi İstanbul boğazından keçid edib.
Aralıq, Egey və Qara dənizi əhatə edən təlimlərdə keçidlərini tamamlayan döyüş gəmiləri Qara dənizə doğru yol alıb.
Qeyd edək ki, “Mavi Vətən 2019” Türkiyənin respublika tarixində həyata keçirdiyi ən böyük hərbi təlimdir. Təlimlərin keçirilmə məqsədi Hərbi-Dəniz Qüvvələrinə bağlı birlik, gəmi və dəniz-hava vasitələrinin hərəkata hazırlıq səviyyəsini artırmaq və onları ssenarilərə, yerli coğrafiyaya uyğunlaşdırmaqdır./publika