İstanbul boğazı yaxınlığında iki nəhəng gəmi toqquşdu - NÖVBƏTİ QƏZA

Baxış sayı:
5279

İstanbul yaxınlığındakı Çanaqqala boğazında 2 gəmi toqquşub.

Türkiyə mediası xəbər verir ki, ötən gecə Panama bayrağı altında üzə 191 metr uzunluqlu “Esl Dolphin” adlı gəmi ilə boğaza daxil olmağa çalışan və Səudiyyə Ərəbistanından Bolqarıstana gedən Marşall Adaları bayraqlı 189 metr uzunluqlu “Free Stage” gəmisi naməlum səbəbdən toqquşub.

Hadisə yerinə çoxsaylı xilasetmə qüvvələri cəlb edilib. Xoşbəxtlikdən hadisə nəticəsində insan itkisi olmayıb və dəniz çirklənməyib. Hər iki gəmiyə ciddi ziyan dəyib və onlar sahilə yan alıblar.

Hadisə ilə bağlı araşdırma aparılır./publika.az