İstanbul-Bodrum reysində qorxu dolu anlar: “Kəmərlərinizi bağlayın, dənizə eniş edirik”

Baxış sayı:
10027

İstanbul-Bodrum reysi ilə uçan təyyarədə edilən "Kəmərlərinizi bağlayın, dənizə məcburi eniş edirik" anonsu sərnişinlərin böyük qorxu yaşamasına səbəb olub.
 
 İstanbul hava limanından 20.35-də qalxması lazım olan İstanbul-Bodrum təyyarə reysi ləngitmə ilə 21.00-da qalxıb. İddiaya görə, təyyarənin gecikməsi gərilən sərnişinlər Bodrum hava limanına eniş zamanı verilən anonsla bir anda təlaş yaşanıb.
 
KƏMƏRLƏRİNİZİ BAĞLAYIN DƏNİZƏ MƏCBURİ ENİŞ EDİRİK
 
Təyyarədə "Kəmərlərinizi bağlayın, dənizə məcburi eniş edirik" anonsu sərnişinləri qorxudub. Yaşanan təlaşdan sonra stüardessalar kapitanın yanına gedərək nə olduğunu anlamağa çalışıb. Verilən ikinci anonsla ilk elanın avtomatik anons olduğu və səhvən dövrəyə girdiyi aydın olub. Bir çox sərnişin təyyarənin dənizə düşməyəcəyini anlayanda rahat bir nəfəs alıb.
Təyyarədə olan bir yolçunun isə qorxudan halının pisləşdiyi öyrənilib. Stüardessaların halı pisləşən yolçunun qoluna girərək təyyarənin ön tərəfinə aparıb. Təyyarənin Bodrum hava limanına təhlükəsiz bir şəkildə enməsilə təyyarədə olan sərnişinlər rahat bir nəfəs alıb.
Müxalifət.az