İşsizlərə 110 manat yardım veriləcək? - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
2482

Sosial şəbəkələrdə pandemiya ilə əlaqədar 190 manat birdəfəlik ödəmə ala bilməyən işsiz şəxslərə 110 manat ünvanlı sosial yardımın verilməsi haqda məlumat yayılıb. Bunun üçün vətəndaşlara e-sosial.az saytında qeydiyyatdan keçmək və müvafiq xanaları doldurmaq tövsiyə edilib.

Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, nazirlik bununla bağlı rəsmi açıqlama yaymayıb:

“Pandemiyaya görə vətəndaşlara 110 manat ödəniləcəyi və bunun üçün qeydiyyatdan keçməyin lazım olması ilə bağlı nazirliyin qərarı yoxdur. Ümumiyyətlə, ünvanlı sosial yardımla bağlı müraciət forması da sözügedən videoda qeyd edildiyi kimi deyil. Bu məlumatı yayan şəxsin, görünür, prosedurdan xəbəri yoxdur. Həmçinin ünvanlı sosial yardımın 190 manat birdəfəlik ödəmə ilə heç bir əlaqəsi yoxdur”.