İsraillilər Amerikalı senatora LİVANLA MÜHARİBƏDƏN DANIŞIB

Baxış sayı:
3715

 “Haaretz” qəzeti, İsrailli rəsmilərin ABŞ-lı senator Grahama Livan Hizbullahı ilə müharibə planını izah etdiyini açıqlayıb.
 
İsrailin “Haaretz” qəzeti, Amerikalı senator Lindsey Qrahamın ölkəyə səfərilə bağlı detalları bu gün paylaşıb. Xəbərə görə, digər Amerikalı məclis üzvləri ilə birlikdə İsrailə gedən Qraham, rəsmilərin ona Livan Hizbullahı ilə bağlı verdiyi məlumatı danışıb.
Qraham, Livan rəhbərliyində çox güclü olan təşkilatın İsrailə raket atması ilə bağlı olaraq bunları paylaşıb: “Əgər bu təhdid davam edərsə, yəni hava limanını vura bilən raketlər yaradırlarsa və bununla da İsrail dövlətinə zərər verərlərsə, Livanın içərisinə doğru girmək məcburiyyətində qalacaqlar. Beləliklə də növbəti müharibə Cənubi Livanda olacaq”.
Amerikalı senator, İranın dəstəklədiyi Hizbullahın Livanda həssas silah fabriki inşa etdiyini, bununla da Tehranın beynəlxalq ictimaiyyəti və Trampı testdən keçirdiyini bildirib.
Qraham, İsrailli rəsmilərin, İrana və dəstəklədiyi qruplara qarşı, onlara silah və diplomatik dəstək istədiyini də bildirib.
Müxalifət.az