İsrailli şagirdlər bunu gözləmirdi: SƏUDİYYƏLİ ŞAGİRDLƏR..

Baxış sayı:
2464

İsrailin Fələstinlilərə tətbiq etdiyi terrora etiraz edən Səudiyyə Ərəbistanlı tələbələr, Ukraynada keçirilən bir idman müsabiqəsində İsrailli tələbələr əl uzatsalar da, əlləri havada qalıb, Səudiyyəli tələbələr onlarla görüşməyi rədd edib.
 
Ukraynada gerçəkləşən beynəlxalq idman müsabiqəsində, Səudiyyə Ərəbistanı təmsil edən 2 tələbə, idman salonundan ayrılmazdan əvvəl İsrail komandasınndan 2 tələbə ilə qarşı-qarşıya gəlib.
İsrail dövlətinin Fələstinli Müsəlmanlara tətbiq etdiyi zorakılığı etiraz edən Ərəb tələbələr, İsrail klubundakı tələbələrin uzatdığı əlini havada saxlayaraq onlarların əlini sıxmayıb.
Kameralara əks olunan görüntülərdə, Ərəb gənclərin İsrail komandasını sakit şəkildə rədd etdiyi və daha sonra hadisəsiz bir şəkildə zaldan ayrıldığı görülür.
Səudiyyəli aktivistlər tərəfindən sosial mediada paylaşılan görüntülər qısa müddət içərisində yayılıb.
 
Səudiyyə tələbələrdən İsrail bayrağına təpki
 
Qeyd edək ki, ötən günlərdə də Çexiyada reallaşan Beynəlxalq Kimya Olimpiadalarında mükafat alan Səudiyyəli bir tələbə, İsrailli tələbələrin yanında bayraq açmağı rədd edərək İran komandasının tərəfinə keçmişdi.
Müxalifət.az