İsrailli qadın nazirdən şok təklif: “SUİ-QƏSD TÖRƏDƏK”

Baxış sayı:
706

İsrailin mədəniyyət və idman naziri Miri Regev, qalmaqal sözlərlə dolu açıqlama verib. Ölkəsinin mülki əhalini bombalamasına səsini belə çıxarmayan İsrailli nazir, “Həmas” liderlərinə sui-qəsd həyata keçirilməsi çağırışı edib.
 
İsraildə nəşr edilən ən mühüm qəzetlərdən “Jerusalem Post”-da yer alan xəbərə görə Regev, “Həmas” liderlərinin öldürülməsini nəzərdə tutaraq, "Əgər uşaqlarımız qorxu içində yaşayırsa, Həmas liderləri də bu şəkildə yaşamalıdır. Sui-qəsd siyasətinə geri qayıtmalıyıq və onları hədəfə almalıyıq", - deyib.
Fələstinli uşaqların, qadınların illərdir qorxu və ağrının kölgəsində həyatlarını davam etdirməsini görməməzliyə vuran, buna dəyər belə verməyən İsrailli qadın nazir, "Mənə İsraildəki digər uşaqlar kimi, düşərgə düzəldib, sosial tədbirlərə qoşulmayan uşaqların ağlasığmaz vəziyyətini danışdılar. Yay tətilləri belə olmamalıdır", - deyib.

Müxalifət.az