İsrailli professor Trampın Qüds qərarının səbəbləri haqda...

Baxış sayı:
3933

Professor Pappe, Trampın Qüds qərarının beynəlxalq hüququ pozduğunu və İsrailə zorakılıq tətbiq etməsinə müəyyən mənada yol verdiyini deyib.
 
Trampın bu qərarı almasında, daxili siyasətdə özünə qarşı çox ciddi müxalifətin yaranması və sıxışdırılmasının çox böyük təsiri olduğuna toxunan Pappe, “İkinci əhəmiyyətli səbəb də Trampın İsrail-Fələstin məsələsində cahilliyidir. İsrail-Fələstin tarixinə dair bir fikir və ya informasiyaya sahibi olmadığını düşünürəm. Bu cəhalət əsasında aldığı bu qərarın nə qədər təhlükəli olduğunun fərqində də deyil. Nəticələrinin nə olacağı barədə də məlumatsız və cahil biridir” deyə, söyləyib.
Pappe, Trampın aldığı bu qərarın nəticələrinin dünya sülhünə mənfi təsir edəcəyi kimi, ABŞ üçün də çox yaxşı nəticələr verməyəcək: "Ən azından biz bunu çox aydın görə bilirik ki, bu hadisə ilə birlikdə ABŞ artıq dünyanın gələcəyi üçün həlledici bir qüvvə olmayacaq. Çünki bu qərarla birlikdə pozuq gedən dünya nizamına bir bomba daha atmış oldu”.
Müxalifət.az