İsrailli nazirdən S-300 açıqlaması: AÇIQCA HƏDƏLƏDİ

Baxış sayı:
9706

İsrail Regional Əməkdaşlıq naziri Tzaçi Hanegbi, qatıldığı bir radio proqramında Rusiyanın ötən həftə Suriyaya göndərdiyi orta və qısa mənzilli balistik və bənzəri hava hücumlarından qorunmaq üçün istifadə edilən S-300 hava müdafiə sistemləri haqqında açıqlama verib. İsrailin hərbi infrastrukturlarının çox güclü olduğunu vurğulan Hanegbi, "Bildiyiniz kimi, biz dünyanın ən yaxşı “xəyalət” təyyarələrinə malikik. Bu qrup (S-300 Müdafiə Raketləri) bizim təyyarələrimizi aşkar belə edə bilməz" deyib.
 
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, dünən etdiyi bir açıqlamada Suriyada xidmət edən Rus əsgərlərinin təhlükəsizliyini artırmaq məqsədi ilə S-300 hava müdafiə sistemlərinin daşınması çərçivəsində Suriya hökumətinə əlavə 49 ədəd müxtəlif avadanlığın təslim edildiyini bildirmişdi.
Müxalifət.az