İsrailli nazirdən AVROPAYA SÖYÜŞLÜ TƏHQİR

Baxış sayı:
8962

Qəzza sərhədində Fələstinlilərə atəş açılmasını və törədilən qətliamı sərt bir dillə tənqid edən Avropa İttifaqına, İsrailin enerji naziri Steinitz, görünməmiş bir təpki göstərib. Hansı ki, Steinitz, iki həftə əvvəl Aİ-İsrail münasibətlərini tərifləmişdi.
 
ABŞ-ın Qüdsə səfirliyini daşıması və arxasınca gələn etiraz dalğasında 60-dan çox Fələstinlinin qətl edilməsi, Avropa Birliyi ilə (Aİ) İsrail münasibətləri silkələyib.
 
CƏHƏNNƏMƏ GEDİN
 
Enerji naziri Yuval Steinitz, nümayişçilərə atəş açılmasını tənqid edən Avropa İttigaqına söyüşlü reaksiya göstərərək “Minlərcə, minlərcə dəfə cəhənnəmə gedin" deyib.
Hansı ki, nazir Steinitz, iki həftə əvvəl Aİ-İsrail münasibətlərini tərifləmişdi.
Qeyd edək ki, İsrail, Aİ-nin ən mühüm ticarət tərəfdaşlarından biridir. Avropa İttifaqı və Təl-Əviv rəhbərliyi arasındakı illik ticarət həcmi 36 milyard dollara çatır.
Müxalifət.az