​İSRAİLLİ DEPUTATDAN KAFİRLİK: ““Allahu əkbər” yerinə “İsrail əkbər” deyin”

Baxış sayı:
1933

İsrailin Likud partiyasını təmsil edən millət vəkili Yoav Kiş Knessetdəki (yəhudi parlamenti) iclaslardan birindəki (ötən çərşənbə günü) çıxışında ərəb millət vəkillərinə xitab edərək deyib: “Namazlarınızda “Allahu əkbər” (Allah böyükdür) yerinə “İsrail əkbər” (İsrail böyükdür) deyin”. Bu sözlər islam aləmində böyük etiraza səbəb olub.
Namaza sataşdı
İsrailin daxili işlər nazirliyinə “terror təşkilatı” adlandırılan qruplarla əlaqəsi olduğu iddia edilən fələstinlilərin Qüdsdən sürgün edilməsi ixtiyarı verən qanun layihəsinin səsverməsi zamanı çıxış edən Kiş müsəlmanların namazlarına dil uzadıb. O, İsrail vətəndaşı olan fələstinli millət vəkillərinə üz tutaraq deyib: “Bilirəm ki, namaz qıldığınız zaman “Allahu-əkbər” deyirsiniz. Sizin “İsrail-əkbər” deməyiniz lazımdır”.
“Sənə lənət olsun!”
İsraildəki Fələstin vətəndaşlarını Knessetdə təmsil edən Ərəb Blokunun üzvü, millət vəkili Əhməd ət-Tiybi isə Kİşə belə bir cavab verib: “Nə qədər iyrəncsən, sənə lənət olsun!” Ərəb Blokunun digər millət vəkilləri də onu təqdir edərək Kişə etirazlarını bildiriblər.
Fələstin müfitisi: “Gözləri, bəsirəti və qəlbi möhürlənib”
Fələstinin müftisi Şeyx Məhəmməd Hüseyn 50 min nəfərə qədər insanın cümə namazlarını qıldıqları Məscidi-Aksada oxuduğu xütbədə bu sözlərin təkəbbür və zülmün təzahürü olduğunu deyib: “Bunlar hökmən itirəcək və zərərə uğrayacaqlar. Bu şəkildə küfr sözlər deyənlərin gözləri, bəsirətləri və qəlbləri möhürlənmişdir”.
Şeyx Hüseyn Nəmrud, firon və onun vəziri Hamanın aqibətlərini xatırladaq deyib: “Bütün zalımların və tağutların həlak olması mütləqdir. Şübhəsiz ki, Allah bütün zalım və zülmkar idarəçilərdən böyükdür”.
Knesset çərşənbə günü keçirilən səsvermədə, daxili işlər nazirinə “terror təşkilatı” adlandırılan qruplarla əlaqəsi olduğu iddia edilən fələstinlilərin Qüdsdən sürgün edilməsi ixtiyarı verən qanun layihəsini qəbul eləyib(hurriyyet.org).