İsraillə Rusiya arasında TOQQUŞMA OLA BİLƏR – MOSSAD BAŞÇISI

Baxış sayı:
2923

İsrailin kəşfiyyat xidməti Mossadın keçmiş rəhbərlərindən olan Efraim Halevy, İsrail ilə Rusiya arasında hərbi toqquşma ehtimalının artdığını söyləyib.
 
İsrailin Kanal 10 televiziyasına danışan Efraim Halevy, İsrail ilə Rusiya arasında son dövrdə yaşanan gərginliyə dair dəyərləndirmə edib.
Rusiya ilə müharibə ehtimalının artdığını qeyd edən Halevy, sözlərini belə davam etdirib:
“Bu müharibə ölkəmizin şimalında (Suriyada) yerləşən və varlığını möhkəmləndirən böyük bir ölkəylə olacaq. Bu ölkə şimal sərhədində həlledici bir tərəfdir. Rusiya ilə müharibə vəziyyətinə gələ. İsrail qüvvələri Rusiya gücləri ilə qarşı-qarşıya gələ və müharibə çıxa bilər. Bu super güclə döyüşmədən istədiyimizi almağın yolunu tapmalıyıq, ancaq müharibə olduğu təqdirdə bundan qalib ayrılmalıyıq".
Halevy, Rusiyanın İsraili niyə tabe etdirmək istədiyinə dair bir suala, "Rusiya, çox uzun müddət qalmaq üçün Suriyaya girdi. Hərbi bazalarını və gücünü onlarla il davam edəcək şəkildə inşa edib. Zənn edirəm ki, regiondakı aparıcı strateji tərəfdaşı İranın məğlub olmasını istəməyəcək və bu onun xeyrinə də olmaz" deyə, cavab verib.
Müxalifət.az