​İsraillə HƏMAS arasındakı tarixi razılaşmanın - Detalları

Baxış sayı:
2374

İsrail və HƏMAS arasında Qəzza sektoru ilə bağlı razılaşmanın mətni ictimaiyyətə təqdim olunub.
Muxalifet.az xəbər verir ki, razılaşma mətnini İsrailin “Hadaşot” televiziyası yayıb. Televiziya İsrailin yüksək vəzifəli nümayəndələrinin razılaşmanın detallarını müəyyən etmək üçün artıq Qətərə səfər etdiyini bildirib.
Razılaşma təsdiqlənəcəyi təqdirdə, ilk olaraq Misir Refah sərhəd-keçid məntəqəsini açacaq. Bundan başqa, İsrail Qəzzaya ticarət mallarının tədarükü üçün istifadə edilən Kerm Əbu Səlim sərhəd-keçid məntəqəsində müəyyən güzəştlərə gedəcək.
İkinci mərhələdə Qəzza sektoru tam olaraq Fələstin administrasiyasının nəzarətinə veriləcək. Bu proses Misirin nəzarəti altında həyata keçiriləcək. Bu şərtin yerinə yetirilməsi üçün ilk növbədə HƏMAS və FƏTH qruplaşmaları arasında tam razılaşma əldə olunacaq. Tərəflər razılaşacağı təqdirdə administrasiya 2017-ci ilin martından bu yana Qəzza sektorunda maaşları ödənilməyən işçilərin əməkhaqlarını ödəmək məcburiyyətində qalacaq. 6 ay ərzində isə Qəzzada növbədənkənar seçki keçiriləcək.
Ən sonuncu mərhələdə isə Sinay yarımadasında Qəzza əhalisinin ehtiyaclarının ödənilməsi üçün liman tikiləcək.
Qeyd edək ki, HƏMAS liderlərindən olan Hüsam Bedran ötən gün İsraillə razılaşmağa yaxın olduqlarını açıqlayıb.